Bank of Baku-nun 25 rəhbər əməkdaşı 80 saatlıq “Mini-MBA” proqramını bitirib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Bank of Baku-nun 25 rəhbər əməkdaşı 80 saatlıq “Mini-MBA” proqramını bitirib

Vətənim Media xəbər verir ki, ADA Universiteti ilə “Bank of Baku”nun birgə təşkil etdiyi “Mini-MBA” proqramının ikinci mərhələsi başa çatıb. Altı ay davam edən, 80 saatlıq təlimdə bankın 25 rəhbər əməkdaşı iştirak edib.

Proqram maliyyə idarəetməsi, marketinq və biznes analitikası sahələrini əhatə edib. İştirakçıların menecment, strateji düşünmə, qərarvermə və liderlik bacarıqlarının inkişafı proqramın əsas məqsədləri arasında olub.

Məzun Günündə ADA Universitetinin prorektoru Elkin Nurməmmədov və “Bank of Baku”nun İdarə Heyətinin sədri Həsən Quliyev proqramын nəticələri və tərəfdaşlığın əhəmiyyəti barədə danışıblar.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗