Media və Yayım Şurası transsərhəd çaylarla bağlı xəbərlərin vizual təqdimatını tənqid edib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Media və Yayım Şurası transsərhəd çaylarla bağlı xəbərlərin vizual təqdimatını tənqid edib

Vətənim Media xəbər verir ki, Azərbaycan və Ermənistan arasında transsərhəd çayların idarə olunması üzrə işçi qruplarının yaradılması barədə xəbərlərin mövzuya aidiyyəti olmayan görüntülərlə təqdim edilməsi manipulyativ vizual təqdimat nümunəsidir. Media və Yayım Şurasının açıqlamasında bu cür yanaşmanın auditoriyada xəbərin məzmunu, hadisənin coğrafiyası və əməkdaşlığın mahiyyəti barədə yanlış təsəvvür yarada biləcəyi bildirilib.

Şura qeyd edib ki, eyni görüntülərin müxtəlif media resurslarında və sosial platformalarda təkrarlanması yanlış təsəvvürləri geniş auditoriyaya yaya, mövzu ətrafında əsassız müzakirələrə səbəb ola bilər. Qurum media subyektlərini vizual materialların mənbəyini və çəkildiyi yeri yoxlamağa, həmçinin onların xəbərin məzmununa uyğunluğunu təmin etməyə çağırıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗