Türkiyə rəsmiləri Ermənistanla sərhəddəki dəmir yolu işləri ilə tanış olub

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Türkiyə rəsmiləri Ermənistanla sərhəddəki dəmir yolu işləri ilə tanış olub

Vətənim Media xəbər verir ki, Türkiyənin Akyaka rayonunun rəhbəri İsmail Dəmirtaş və Qars Vilayət Ümumi Məclisinin sədri Fuad Arslan Ermənistan-Türkiyə sərhədindəki dəmir yolu sahəsinə baş çəkiblər. “Habertürk”ün məlumatına görə, Dəmirtaş tikintini aparan şirkətin nümayəndəsindən layihənin gedişi və görülən işlər barədə məlumat alıb, ərazidəki işlərlə tanış olub.

Məlumatda dəmir yolu xəttinin və Akyaka sərhəd-keçid məntəqəsinin istismara verilməsinin rayonda ticarətə, iqtisadiyyata və nəqliyyat əlaqələrinə töhfə verəcəyinin gözlənildiyi bildirilir. Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu isə noyabrın 10-da Ermənistanla sərhəddə dəmir yolu və avtomobil keçid məntəqələrinin açılması üçün hazırlıqların tamamlandığını, prosesin Azərbaycan üçün mühüm məsələləri nəzərə alan razılaşma əldə olunacağı təqdirdə qısa müddətdə reallaşa biləcəyini demişdi.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗