Ağ Ev: Tramp APEC-də Putin və Si Cinpinlə nüvə silahlarını müzakirə edəcək

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Ağ Ev: Tramp APEC-də Putin və Si Cinpinlə nüvə silahlarını müzakirə edəcək

Vətənim Media xəbər verir ki, Ağ Evin nümayəndəsi “Reuters” və “Associated Press” agentliklərinə Donald Trampın noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində Vladimir Putin və Si Cinpinlə görüşməyi planlaşdırdığını bildirib.

Ağ Ev rəsmisinin sözlərinə görə, Tramp görüşlərdə nüvə silahlarının azaldılması məsələsini müzakirə etmək niyyətindədir. Bununla belə, ABŞ tərəfi bu istiqamətdə razılaşma əldə olunacağını gözləmir. Tramp daha əvvəl də Putin və Si Cinpinlə nüvə silahlarına nəzarət məsələsini müzakirə etmək niyyətini açıqlayıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗