Vətənim Media xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Ukrayna münaqişəsinin nizamlanması üzrə Rusiya, ABŞ və Ukrayna ilə aparılan danışıqlarda Avropa İttifaqının əsas prioritetlərinin atəşkəs, təhlükəsizlik zəmanətləri və Ukraynanın bərpasında iştirak olduğunu bildirib.
APA-nın məlumatına görə, fon der Lyayen bərpa ilə bağlı müqavilələrin əldə olunmasını da əsas məsələlərdən sayıb. O, Rusiyaya qarşı 22-ci sanksiyalar paketinin mümkün qədər tez təqdim ediləcəyini, Ukraynaya hərbi maliyyə dəstəyi üzrə yeni təkliflərin isə ilin sonunadək hazırlanacağını qeyd edib.
Əsas mənbə: APA
