Vətənim Media xəbər verir ki, 16 noyabrda Brüsseldə Avropa İttifaqının təşəbbüsü ilə Regionlararası təhlükəsizlik və bağlantılar mövzusunda ikinci nazirlər toplantısı keçirilib. Azərbaycanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Samir Şərifov rəhbərlik edib.
Toplantıda Qara dəniz hövzəsində təhlükəsizlik və sabitlik, eləcə də Regionlararası Bağlantılar Gündəliyinin icrası müzakirə olunub. Şərifov çıxışlarında Azərbaycan və Aİ arasındakı müsbət dinamikanı vurğulayıb, ölkənin təşəbbüsü ilə həyata keçirilən infrastruktur layihələrinin Orta Dəhlizin formalaşmasına töhfə verdiyini bildirib. O, regional və beynəlxalq tərəfdaşlarla əməkdaşlığı davam etdirmək niyyətini də diqqətə çatdırıb.
Xarici İşlər Nazirliyinin məlumatına görə, Şərifov sülh və normallaşma prosesinin regionda sabitlik və əməkdaşlıq üçün imkanlar yaratdığını, həmçinin Qara dəniz regionunda sabitliyə və bağlantı layihələrinin icrasına töhfə verdiyini qeyd edib.
Əsas mənbə: APA
