İranın balıqçılıq donanmasına dəyən zərər 477 gəmi və obyekti ötüb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
İranın balıqçılıq donanmasına dəyən zərər 477 gəmi və obyekti ötüb

Vətənim Media xəbər verir ki, APA-nın Tehran bürosunun İLNA-ya istinadən yaydığı məlumata görə, İran Balıqçılıq Təşkilatının rəhbəri Həmzə Rüstəmpur son müharibədə 15 iranlı balıqçının həlak olduğunu bildirib. Onun sözlərinə görə, 477-dən çox balıqçı gəmisi, liman infrastrukturu və inzibati bina zərər görüb.

Rüstəmpur Qeşm, Cask, Əbu Musa və Buşehr limanları da daxil olmaqla, müxtəlif məntəqələrdə 500-dən çox balıqçılıq vasitəsinin hədəfə alındığını deyib. Benzin və dizel mühərrikli qayıqlara, lənclərə və gəmilərə qismən ziyan dəyib, bəziləri isə tamamilə dağılıb. Maddi ziyanın məbləği aidiyyəti qurumlar tərəfindən araşdırılır.

O, cənub limanlarında və Hörmüz boğazında gərginlik fonunda balıqçı donanmasının risklərini azaltmaq üçün yeni dənizçilik prosedurunun hazırlandığını da bildirib. Prosedurun məqsədi gəmilərin bir yerdə cəmləşməsinin qarşısını almaq və balıq ovunun davamlılığını qorumaqdır. Rüstəmpurun sözlərinə görə, bu yanaşma dəniz məhsulları ilə təminatda və ərzaq təhlükəsizliyində fasilələrin yaranmamasına kömək edəcək.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗