Vətənim Media xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə əlaqədar sürücüləri ehtiyatlı olmağa çağırıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabrın 15-i gündüzdən 16-sı axşamadək Bakı və Abşeron yarımadasında, eləcə də bir sıra bölgələrdə güclü külək gözlənilir.
İdarə sürücülərə sürəti hava və yol şəraitinə uyğun seçməyi, ara məsafəsini artırmağı, qəfil manevr və ötmələrdən çəkinməyi tövsiyə edib. Körpülərdə, estakadalarda və açıq ərazilərdən keçən yollarda, eləcə də iri və ağırtonnajlı nəqliyyat vasitələrini idarə edərkən xüsusi diqqətli olmaq çağırışı edilib.
Əsas mənbə: APA
