Vətənim Media xəbər verir ki, Bakının 14 küçə və prospektində nəqliyyat sıxlığı qeydə alınıb. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Sıxlıq Bakı-Sumqayıt şosesində, Binəqədi şosesində, Alı Mustafayev, Tbilisi və Əbdülvahab Salamzadə küçələrində, Ziya Bünyadov prospektində, Sabunçu-Zabrat şosesində, Qara Qarayev prospektində, Mikayıl Əliyev küçəsində, 8 Noyabr və Babək prospektlərində, Heydər Əliyev prospektinin köməkçi yolunda, 1-ci Göl kənarı yolunda və 28 May küçəsində müşahidə olunur.
Sıxlıq Bakı-Sumqayıt şosesində “20 Yanvar” metro stansiyası, Binəqədi şosesində “Azadlıq prospekti” stansiyası, Sabunçu-Zabrat şosesində isə “Koroğlu” stansiyası istiqamətindədir. Digər sıxlıq nöqtələrinin istiqamətləri və yol hissələri barədə məlumatı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi açıqlayıb.
Əsas mənbə: APA
