Vətənim Media xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Səbail rayonunda yerli əhəmiyyətli memarlıq abidəsinə müdaxilə ilə bağlı araşdırması nəticəsində qanunsuz dəyişiklik faktı müəyyən edilib.
Bakı Şəhər İcra Hakimiyyətinin APA-ya verdiyi məlumata görə, binanın tarixi giriş qapısı əvvəlki vəziyyətinə qaytarılıb və ilkin memarlıq görkəmi bərpa edilib. Sahibkara tarixi-mədəni irs nümunələrinə icazəsiz müdaxilənin yolverilməzliyi izah olunub, bu cür halların təkrarlanmaması barədə rəsmi xəbərdarlıq edilib.
Söhbət Üzeyir Hacıbəyli küçəsi 9 ünvanındakı binadan gedir. Sosial şəbəkələrdə yayılan məlumatlarda birinci mərtəbənin giriş qapısının sökülərək müasir şüşə konstruksiya ilə əvəz edildiyi bildirilmişdi.
Əsas mənbə: APA
