Tarixi giriş qapısı bərpa olunur, qanun pozuntusuna görə protokol tərtib edilib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Tarixi giriş qapısı bərpa olunur, qanun pozuntusuna görə protokol tərtib edilib

Vətənim Media xəbər verir ki, Səbail rayonunda, Üzeyir Hacıbəyli küçəsi 9 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsinin tarixi giriş qapısı bərpa edilərək əvvəlki yerinə quraşdırılır.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin APA-ya verdiyi məlumata görə, qapının bərpa layihəsi 2025-ci ilin mayında təsdiqlənib. Qapı layihəyə uyğun bərpa olunduqdan sonra sökülərək şüşə konstruksiya ilə əvəz edilib. Şüşənin üzərinə taxta qapı görüntüsü yaradan vinil örtük vurulub.

Dövlət Xidməti qapını orijinallığını və ilkin görünüşünü qorumaqla bərpa edir. Qurum qanunvericiliyin tələblərinin pozulması ilə bağlı inzibati protokol tərtib edib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗