Səbaildə memarlıq abidəsinin sökülən qapısının əvvəlki görkəminə qaytarılması nəzərdə tutulur

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Səbaildə memarlıq abidəsinin sökülən qapısının əvvəlki görkəminə qaytarılması nəzərdə tutulur

Vətənim Media xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi 9 ünvanındakı yerli əhəmiyyətli memarlıq abidəsinə baxış keçirib. Baxış zamanı binanın birinci mərtəbəsindəki giriş qapısının sökülərək şüşə konstruksiya ilə əvəz edildiyi müəyyən olunub.

APA-nın sorğusuna cavab olaraq Dövlət Xidmətindən bildirilib ki, müdaxilə ilə bağlı araşdırma aparılır və qanunvericiliyə uyğun tədbirlər görülür. Abidəyə dəymiş ziyanın ödənilməsi və onun ilkin görkəminə qaytarılması istiqamətində işlər davam edir.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗