Vətənim Media xəbər verir ki, Nərimanov rayonunda kafelərdən birində baş verən insidentlə əlaqədar daha üç nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin APA-ya verdiyi məlumata görə, Y.Cəbiyev, Ə.Hüseynov və B.Bəndəliyev polisin keçirdiyi tədbirlər zamanı tutulub və istintaqa təhvil verilib.
Hadisə ilə bağlı başlanmış cinayət işi üzrə istintaq davam edir.
Əsas mənbə: APA
