Vətənim Media xəbər verir ki, Özbəkistanın Baş Prokurorluğunun ekstradisiya ilə bağlı vəsatəti Azərbaycanın Baş Prokurorluğu tərəfindən təmin edilib. APA-nın Baş Prokurorluğa istinadən yaydığı məlumata görə, 2000-ci il təvəllüdlü Özbəkistan vətəndaşı Muzaffar Mavdudoviç Mahmudov beynəlxalq axtarışda olub və bu ilin sentyabrında Azərbaycanda saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.
Mahmudov Özbəkistanda vergilərdən və yığımlardan yayınma, ticarət və xidmət qaydalarını pozma, eləcə də qeyri-dövlət təşkilatında vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ittihamları ilə axtarışa verilmişdi. Ekstradisiya qərarı hüquqi yardım haqqında 2002-ci il Konvensiyasına əsasən qəbul edilib. O, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanına təhvil verilib.
Əsas mənbə: APA
