Vətənim Media xəbər verir ki, Azərbaycan vətəndaşı Telman Allahverdiyev Gürcüstandan Azərbaycana ekstradisiya edilib. APA-nın məlumatına görə, Baş Prokurorluğun ekstradisiya barədə vəsatətini Gürcüstanın Ədliyyə Nazirliyi təmin edib.
Allahverdiyev xüsusilə külli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma şübhəsi ilə istintaqa cəlb olunub. O, istintaqdan yayınaraq gizləndiyinə görə axtarışa verilib və Gürcüstanda saxlanılıb.
Əsas mənbə: APA
