Vətənim Media xəbər verir ki, Naxçıvan–Ordubad magistralında, Aşağı Əylis kəndi yaxınlığında avtomobilin aşması nəticəsində həlak olan Hüseynalı Vidadi oğlu Hüseynəliyev Naxçıvan şəhər qəbiristanlığında dəfn olunub.
Qəzada xəsarət alan 1994-cü il təvəllüdlü Əmrah Məmmədov reanimasiya, 1990-cı il təvəllüdlü Təbriz Zeynalov isə neyrocərrahiyyə şöbəsində müalicə alır. Xəstəxanadan APA-ya verilən məlumata görə, hər ikisinin vəziyyəti stabil, orta-ağırdır. Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır. Qəza iştirakçılarının hər üçünün qazi olduğu bildirilir.
Əsas mənbə: APA



