Vətənim Media xəbər verir ki, Bakıda Mirzə Ələkbər Sabirin vəfatının 115-ci ildönümünə həsr olunan “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı və eyniadlı sərgi keçirilib.
Kitabda 1906-cı ildən bu günədək Azərbaycan rəssamlarının Sabirin şeirlərinə çəkdiyi illüstrasiyalar və qrafik əsərlər toplanıb. Nəşrin məqsədi müxtəlif kitablarda və dövri mətbuatda pərakəndə yayılan bu vizual irsi sistemli şəkildə bir araya gətirməkdir.
Tədbirdə kitabdakı əsərlərdən ibarət sərgi nümayiş olunub. Layihə Mirzə Ələkbər Sabir Fondu tərəfindən, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.
Əsas mənbə: APA
