Vətənim Media xəbər verir ki, APA-nın The Hill-ə istinadən yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Tramp İranla müharibənin hərbi baxımdan faktiki olaraq başa çatdığını və ABŞ-ın müharibəni udduğunu bildirib.
Tramp ABŞ-ın Yaxın Şərqdəki hərbi qüvvələrini yüksək hazırlıq vəziyyətində saxladığını, bunun büdcəyə milyardlarla dollara başa gəldiyini deyib. O, “93 faizlik deyil, tam qələbə” əldə edilməli olduğunu vurğulayıb.
Tramp həmçinin ABŞ-ın Yaxın Şərqdə müdafiə etdiyi müttəfiqlərin müharibə ilə bağlı bütün xərcləri ABŞ-a geri ödəyəcəyini bildirib.
Əsas mənbə: APA
