Vətənim Media xəbər verir ki, Almaniya, Macarıstan, Avstriya və Rumıniyanın Azərbaycandakı səfirləri Sumqayıtda yerləşən alman əsirləri məzarlığını ziyarət ediblər. APA-nın məlumatına görə, ziyarət zamanı hərbi əsirlərin xatirəsinə ucaldılmış abidənin önünə əklil və gül dəstələri qoyulub.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki, Azərbaycanda İkinci Dünya müharibəsi zamanı əsir düşmüş hərbçilərin dəfn olunduğu 11 məzarlıq var. Onlardan birində — Sumqayıtdakı məzarlıqda — 311 hərbi əsir dəfn edilib: 269-u alman, digərləri isə avstriyalı və macardır. Əsirlər Sumqayıtın salınmasında iştirak edib və müxtəlif səbəblərdən vəfat etdikdən sonra burada dəfn olunublar.
Əsas mənbə: APA
