Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Suriyanın və Livanın daxili işlər nazirləri Ənəs Xəttab və Əhməd əl-Həccar sərhəd təhlükəsizliyi üçün güc strukturları arasında koordinasiyanı artırmaq barədə razılığa gəliblər. Razılaşma Dəməşqdə keçirilən görüşdə əldə olunub.
Tərəflər əməkdaşlığı genişləndirməyə və sərhədyanı ərazilərdə sabitliyin möhkəmləndirilməsi üçün tədbirlər görməyə hazır olduqlarını bildiriblər. Əl-Həccar narkotik qaçaqmalçılığına qarşı mübarizədə əldə olunan nəticələri vurğulayıb, qabaqlayıcı əməliyyatlar və həbslər vasitəsilə ekstremizm təhlükəsinə qarşı əməkdaşlığın davam etdiyini qeyd edib.
Əsas mənbə: APA
