Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Ukrayna Ordusu noyabrın 15-də Rusiyanın Həştərxan vilayətində yerləşən Axtubinsk hərbi aerodromuna zərbə endirib. “Exilenova Plus” hadisə yerində azı 30 partlayış səsi eşidildiyini bildirib.
Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin gecə saatlarında bölgənin şimalında 31 pilotsuz uçuş aparatının məhv edildiyini açıqlayıb. Aerodrom Ukraynanın nəzarətindəki ərazilərdən təxminən 650 kilometr şərqdə, Rusiya-Qazaxıstan sərhədindən isə 30 kilometr qərbdə yerləşir.
Axtubinsk aerodromuna bundan əvvəl də hücumlar olub. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiyanın “Su-57” qırıcısının oktyabrın 29-da aerodromda zədələndiyini təsdiqləyib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə avqustun 20-də pilotsuz uçuş aparatı ilə edilən hücumda “Su-34” qırıcı-bombardmançısının zədələndiyini bildirib.
Əsas mənbə: APA
