Azərbaycan nümayəndə heyəti İƏT Nazirlər Şurasının iclasında iştirak edib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Azərbaycan nümayəndə heyəti İƏT Nazirlər Şurasının iclasında iştirak edib

Vətənim Media xəbər verir ki, Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 16-da İslamabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 30-cu iclasına qatılıb. Bu barədə APA Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

İclasda Məmmədov İƏT çərçivəsində əməkdaşlığın gücləndirilməsi, təşkilatın institusional inkişafı, iqtisadi-ticarət, nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlıq imkanları ilə bağlı Azərbaycanın mövqeyini çatdırıb. O, Xankəndidə keçirilmiş İƏT-in 17-ci Zirvə görüşünün və ilk “İƏT Həftəsi”nin regional əməkdaşlığa töhfəsini, eləcə də əldə olunan razılaşmaların icrasının əhəmiyyətini qeyd edib. İclasın sonunda “İslamabad Kommünikesi” qəbul olunub.

Səfər çərçivəsində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərlərini, o cümlədən Elnur Məmmədovu qəbul edib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗