Emin Əmrullayev Naxçıvanda səkkiz bölgənin sakinlərini qəbul edib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Emin Əmrullayev Naxçıvanda səkkiz bölgənin sakinlərini qəbul edib

Vətənim Media xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev noyabrın 16-da Naxçıvan şəhərində vətəndaşlarla görüşüb. Qəbulda Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərurdan olan sakinlər iştirak ediblər.

Nazir müraciətləri dinləyib, onların operativ araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli üçün nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib. Qəbuldan əvvəl Heydər Əliyevin abidəsi ziyarət olunub və önünə gül dəstələri düzülüb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗