Vətənim Media xəbər verir ki, “Sülh körpüsü” təşəbbüsünün növbəti görüşünün yaxın vaxtlarda Ermənistanda keçirilməsi planlaşdırılır. “Mediamax” təşəbbüs nümayəndələrinə istinadən bildirir ki, görüşə hazırlıq işləri aparılır və azərbaycanlı həmkarların iştirak etməsi gözlənilir.
Nümayəndələrin sözlərinə görə, görüş dialoqun davam etdirilməsinə və sülh prosesinə töhfə verməyə xidmət edəcək. Tarix, gündəlik və təşkilati məsələlərlə bağlı ətraflı məlumatın yaxın vaxtlarda açıqlanacağı bildirilib. Təşəbbüsün fəaliyyətini davam etdirdiyi də təsdiqlənib.
Əsas mənbə: APA
