TAP-la Avropaya nəql olunan qazın həcmi 64 milyard kubmetrə çatıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
TAP-la Avropaya nəql olunan qazın həcmi 64 milyard kubmetrə çatıb

Vətənim Media xəbər verir ki, Trans-Adriatik Boru Kəməri (TAP) 2020-ci ildən indiyədək Avropaya 64 milyard kubmetr təbii qaz nəql edib. Məlumat TAP-ın rəsmi hesabında yayımlanan statusda yer alıb.

TAP-ın paylaşımında kəmərin qazı təhlükəsiz nəql etdiyi və Avropanın enerji təhlükəsizliyinə, təchizat mənbələrinin şaxələndirilməsinə töhfə verdiyi bildirilib. Azərbaycan qazının TAP vasitəsilə Avropaya nəqlinə 2020-ci il dekabrın 31-də başlanıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗