Vətənim Media xəbər verir ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə üçtərəfli məsləhətləşmələrin Əbu-Dabidə davam etdiriləcəyini bildirib. APA-nın məlumatına görə, növbəti görüşün tarixi hələ müəyyənləşdirilməyib.
Uşakov tərəflərin əvvəlki üçtərəfli formatda dialoqu davam etdirmək barədə prinsipial razılığa gəldiklərini deyib. Noyabrın 10-11-də Əbu-Dabidə keçirilən danışıqlarda təhlükəsizlik məsələləri müzakirə olunub, yekunda genişmiqyaslı əsir mübadiləsi barədə razılıq əldə edilib.
Əsas mənbə: APA
