Vətənim Media xəbər verir ki, “Ədibin Evi” və ASAN TV-nin birgə istehsalı olan “Zəfər rəqsi” qısametrajlı bədii filmi 2026-cı il Haaqa Beynəlxalq Film Festivalında “Qlobal sülh, harmoniya, insan hüquqları” nominasiyasının qalibi seçilib. Münsiflər filmin estetikası, aktyor oyunu və hekayəsini əsas gətirərək mükafatı yekdilliklə veriblər.
Festivalın 13 nəfərlik münsiflər heyəti 503 filmi nəzərdən keçirib. Noyabrın 13-15-də Haaqada keçirilən festivalın proqramına 23 ölkədən 63 ekran əsəri daxil olub. “Zəfər rəqsi” builki festival mövsümündə yeddinci beynəlxalq uğurunu qazanıb.
Filmin rejissoru Gəray Həsəndir. Ekran əsəri Yaşar Bünyadın “Heyvagülü” hekayəsinin motivləri əsasında çəkilib. Baş rollarda Azər Aydəmir, Günay Əhməd, Nurlan Mürsəlzadə və Niyaz İlyasoğlu yer alıblar.
Əsas mənbə: APA
