Vətənim Media xəbər verir ki, Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) “Azərpoçt”un adından göndərilən saxta SMS-lərlə bağlı xəbərdarlıq edib. APA-nın agentliyə istinadən yaydığı məlumata görə, mesajlarda bağlamanın çatdırılması üçün ünvan məlumatlarının yenilənməsi tələb olunur, əks halda bağlamanın 72 saat ərzində göndərənə qaytarılacağı bildirilir.
Mesajlardakı saxta keçidlər istifadəçilərdən şəxsi və bank kartı məlumatlarını daxil etməyi istəyir. MKA naməlum nömrələrdən gələn mesajlara cavab verməməyi, şübhəli keçidlərə daxil olmamağı və bağlama məlumatlarını yalnız “Azərpoçt”un rəsmi saytında yoxlamağı tövsiyə edir. Kart məlumatları şübhəli səhifəyə daxil edilibsə, agentlik dərhal bankla əlaqə saxlayaraq kartı bloklatmağı və hüquq-mühafizə orqanlarına məlumat verməyi məsləhət görür.
Əsas mənbə: APA
