Apellyasiya məhkəməsi Türkər Əliyevanın ev dustaqlığını qüvvədə saxladı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Apellyasiya məhkəməsi Türkər Əliyevanın ev dustaqlığını qüvvədə saxladı

Vətənim Media xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsi prokurorluğun Türkər Əliyevanın ev dustaqlığı qərarından verdiyi protesti təmin etməyib. Qərara əsasən, onun ev dustaqlığında saxlanılması qüvvədə qalıb.

Sumqayıt Şəhər Məhkəməsi daha əvvəl Türkər Əliyeva barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçmişdi. Məhkəmə onun himayəsində üç azyaşlı və bir yetkinlik yaşına çatmayan övladının olmasını, uşaqları təkbaşına böyütməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə almışdı. Prokurorluq isə həbs olunmasını istəyərək qərardan apellyasiya protesti vermişdi.

Mediator kimi fəaliyyət göstərən Türkər Əliyevaya külli miqdarda ziyan vurmaqla dələduzluq və vəzifə saxtakarlığına təhrik etmə ittihamları irəli sürülüb. İttihama görə, o, torpaq sahəsinin sənədləşdirilməsinə kömək edəcəyini deyərək külli miqdarda pul alıb. Əliyeva Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəisi, general-mayor Natiq Əliyevin qızıdır.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗