Vətənim Media xəbər verir ki, Gürcüstan prezidenti Mixeil Kavelaşvili Müqəddəs Georgi Günü — Giorqoba münasibətilə 232 məhkumu əfv edib. APA-nın məlumatına görə, bu barədə dövlət başçısının administrasiyası açıqlama yayıb.
Əfv olunanların 216-sı həbsdə olan məhkumlar, 16-sı isə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza çəkən şəxslərdir. Gürcüstanda noyabrın 23-də qeyd edilən Giorqoba dövlət bayramı və qeyri-iş günüdür.
Əsas mənbə: APA
