Vətənim Media xəbər verir ki, noyabrın 24-ü saat 19:00-a olan məlumata görə, ölkənin bəzi ərazilərində küləkli hava şəraiti müşahidə olunub.
Milli Hidrometeorologiya Xidmətinin APA-ya verdiyi məlumata görə, cənub-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında saniyədə 24 metrə çatıb. Kəlbəcər və Şahdağda sürət 20, Qobustanda 19, Xınalıqda 18, Xızıda isə 17 metrədək olub.
Əsas mənbə: APA
