Vətənim Media xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rumıniya Prezidenti Nikuşor Dan iki ölkə arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamə imzalayıblar. Bu barədə APA məlumat yayıb.
Nikuşor Dan Paşinyanla birgə keçirdiyi mətbuat konfransında bildirib ki, sənəd münasibətlərin gələcəkdə daha iddialı inkişafına imkan yaradacaq. O, Ermənistanın strateji tərəfdaşlıq sazişləri imzaladığı ölkələr arasında Rumıniyanın xüsusi yer tutduğunu deyib və bunu Rumıniyadakı erməni icmasının rolu ilə əlaqələndirib.
Paşinyan noyabrın 24-də Rumıniyaya rəsmi səfər edib. Tərəflər səfər çərçivəsində ikitərəfli əlaqələrin inkişafını, iqtisadi və mədəni əməkdaşlığı, eləcə də regional məsələləri müzakirə ediblər.
Əsas mənbə: APA
