Zakir Həsənov Eskişehirdə həlak olan hərbçilərlə bağlı Yaşar Gülerə başsağlığı verib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Zakir Həsənov Eskişehirdə həlak olan hərbçilərlə bağlı Yaşar Gülerə başsağlığı verib

Vətənim Media xəbər verir ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülerə başsağlığı verib. APA-nın məlumatına görə, başsağlığı Eskişehirdə AS-532 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində beş hərbi qulluqçunun həlak olması ilə bağlıdır.

Zakir Həsənov həlak olanlara Allahdan rəhmət diləyib, onların yaxınlarının dərdinə şərik olduğunu bildirib və ailələrinə başsağlığı verib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗