Vətənim Media xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Milli Ordusunun baş komandanı marşal Xəlifə Həftər və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. “Anadolu” agentliyinin məlumatına görə, qəbul Ankaradakı Prezident Sarayında keçirilib.
Türkiyədə rəsmi səfərdə olan Həftər, həmçinin, xarici işlər naziri Hakan Fidan, müdafiə naziri Yaşar Gülər, energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, Baş Qərargah rəisi Selçuk Bayraktaroğlu və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalınla görüşüb.
Əsas mənbə: APA
