Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Biləcəri qəsəbəsində, “Avtovağzal” metro stansiyasının yaxınlığında yerləşən Kristalın Biləcəri Yaşayış Kompleksində müxtəlif sahəli mənzillər təklif olunur. Satışda olan variantlara 50,16–56,09 kvadratmetrlik 2 otaqlı studiyalar, 75,16–77,64 kvadratmetrlik 3 otaqlı studiyalar, 87,60–105,35 kvadratmetrlik 3 otaqlı mənzillər və 109,34 kvadratmetrlik 4 otaqlı mənzillər daxildir.
Tikintisi davam edən mənzilləri 27 100 manatdan başlayan ilkin ödənişlə, 20 ilədək ipoteka ilə almaq mümkündür. Güzəştli kredit üzrə illik faiz dərəcəsi 8 faizdən başlayır. Hissəli alış modeli də təklif olunur. Kompleksdə mənzillərin tam təmirli təhvil veriləcəyi, ərazidə yaşıllıq və istirahət zonaları, oyun və idman meydançaları, yeraltı dayanacaq və xidmət obyektləri yaradılacağı bildirilir.
Əsas mənbə: APA
