Vətənim Media xəbər verir ki, Bakının Qaradağ rayonunda palçıq vulkanının püskürməsi noyabrın 25-də yerli vaxtla saat 14:06-da qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, püskürməni səkkiz vulkanətrafı rəqəmsal seysmik stansiya qeydə alıb.
Bir fazadan ibarət püskürmə 15 dəqiqə davam edib. Ayrılan enerji 1,15×10⁷ coul olub, püskürmə isə 2 kilometr dərinlikdə qeydə alınıb.
Əsas mənbə: APA
