Vətənim Media xəbər verir ki, Almaniya Kansleri Fridrix Merz Brüsseldə keçirilən Aİ sammitinin yekunlarına dair mətbuat konfransında üzv ölkələrin liderlərinin qurumun növbəti yeddiillik büdcəsinin parametrləri üzrə razılığa gələ bilmədiklərini bildirib.
Merz tərəflərin büdcənin necə formalaşdırılmasına dair mövqelərinin ciddi şəkildə fərqləndiyini deyib. Onun sözlərinə görə, mövqeləri yaxınlaşdırmaq üçün vaxt və ciddi siyasi iradə lazımdır. Liderlər büdcəni ilin sonunadək təsdiqləməyi planlaşdırırlar.
Əsas mənbə: APA
