Vətənim Media xəbər verir ki, noyabrın 27-də Ağdərə, Xocalı və Xocavənd rayonlarına 73 ailədən ibarət 271 nəfər köçürülüb. Köç karvanları həmin gün səhər saatlarında yola salınıb və sakinlər doğma yurdlarına çatıb.
Ağdərənin Çıldıran, Vəngli, Kolatağ və Heyvalı kəndlərinə 28 ailə — 98 nəfər, Xocalının Xanyurdu, Xanabad və Badara kəndlərinə isə 21 ailə — 72 nəfər qayıdıb. Xocavənd şəhərinə 7 ailə — 30 nəfər, Quzeyxırman kəndinə 17 ailə — 71 nəfər yerləşib. Qayıdan sakinlər üçün evlər bərpa olunub və yaşayış şəraiti yaradılıb.
Əsas mənbə: APA
