Ermənistan ordunu belə gücləndirmək istəyir – Müdafiə naziri planı açıqladı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

“Ermənistan ordusundakı problemləri aradan qaldırmaq və döyüş hazırlığını artırmaq üçün mümkün variantları nəzərdən keçiririk”.

Turkustan.info xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri David Tonoyan deyib.

Nazir bildirib ki, Ermənistan xarici təhdidləri nəzərə alaraq, ordudakı canlı qüvvənin sayını nəzarətdə saxlamaq məcburiyyətində qalıb:

“Buna görə, məcburi hərbi xidməti müqavilə əsaslı hərbi xidmətlə birləşdirməkdən başqa yolumuz yoxdur. Hazırda müqavilə xidmətinə tam keçid üçün heç bir şərait yoxdur”.  /Teleqraf.com/

Vətənim Media Shorts

YouTube-da aç ↗