…Kim deyir ki, o, vəfat edib- o, uzaq səfərdədir, bir gün dönəcək…
…Kim deyir ki, o, liderdir- liderlər bir-birini əvəz edir. O isə əvəzolunmazdır…
…Kim deyir ki, ondan öndə bir kimsə var- o, millətin fövqündədir…
…Hər ölkənin qurucusu olur, o da bu ölkəni qura bildi…
…O, özüdür- Azərbaycan Respublikasının banisi…
…100 ildir ki, əlahəzrət zaman onu tarixdə qoruyub saxlayır. Nə qədər ki, bu ölkə, bu xalq var, onun adı həmişə yaşayacaq…
…Hər kəsin bir doğum günü olur- doğum günü olmayan təkcə Allahdır…
…Yanvarın 31-də dünyaya gəlib- hamı kimi o da anadan olub…
…135 yaşın mübarək, Azərbaycan Respublikasının banisi, Məhəmməd Əmin Rəsulzadə!..
Elman Eldaroğlu,
ABŞ, Miçiqan
