Makedoniyanın NATO-ya üzvlüyü qəbul edilir.
Turkustan.info xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq deyib.
Baş katib bəyan edib ki, fevralın 6-da Makedoniyanın NATO-ya üzvlüyü ilə bağlı protokol imzalanacaq.
Yeni üzvün qəbul edilməsi üçün ittifaqa üzv olan digər ölkələrin parlamentləri qərarı ratifikasiya etməlidir. Bu müddətdə Makedoniya NATO toplantılarında qonaq kimi iştirak edəcək. /Publika.az /
