Rusiya və Gürcüstan razılaşdı – Ermənistan nəqliyyat blokadasından çıxır

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Rusiya və Gürcüstan “Gömrük idarəetməsi və ticarətdə monitorinqin mexanizmləri haqda” 2011-ci ildə imzalanmış müqavilənin əsas prosedurlarını yekunlaşdırıb.

Turkustan.info Rusiyanın “Kommersant” qəzetinə istinadən xəbər verir ki, müqavilə Abxaziya və Cənubi Osetiya ərazisində yeni sərhəd-keçid məntəqələri yaratmağa imkan verir. Həmin məntəqələrdə gömrük nəzarətini İsveçrənin SGS şirkəti həyata keçirəcək.

“Çox vaxt lazım oldu. Bu, proyektin qeyri-adiliyi ilə bağlı idi. Sazişin presedenti yoxdur”-deyə Gürcüstanın baş nazirinin Rusiya ilə danışıqlardakı xüsusi nümayəndəsi Zurab Abaşidze açıqlama verib.

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin isə yaxın 2-3 ildə layihənin icrasına başlanılacağını deyib. 

Layihənin icrası Ermənistana Gürcüstan ərazisindən Rusiyaya məhsul satışını artırmağa və faktiki olaraq onun nəqliyyat blokadasından çıxmasına yol açacaq.   /Modern.az/ 

 

 

 

Vətənim Media Shorts

YouTube-da aç ↗