Türkiyənin hərbi əməliyyatına bir neçə gün qaldı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Türkiyə Silahlı Qüvvələrinin İdlibdə hərbi əməliyyatına bir neçə gün qalıb.

Turkustan.info xəbər verir ki, bu barədə danışan Türkiyə Silahlı Qüvvələrinin əməliyyatdan məsul olan nümayəndəsi Mete Fayda sərhəd nöqtələrində səhra xəstəxanalarının yaradıldığını deyib.

Fayda Rusiya, Türkiyə və İran liderlərinin 14 fevralda Soçidə keçirəcəyi görüşdə də İdlib görüşünün gündəmə gətiriləcəyini qeyd edib.  /Axar.az/

Vətənim Media Shorts

YouTube-da aç ↗