Sahil Babayevdən yeni təyinatlar – İki jurnalistə vəzifə verildi

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinatlar olub.
Turkustan.info bildirir ki, nazirlikdən BakuPost-a verilən məlumata görə, telejurnalist Şahin Əliyev Nazirliyin tabeliyindəki DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin mətbuat katibi vəzifəsinə təyinat alıb.  
O, bundan öncə AzTV, Lider TV, ARB TV və ATV-də müxtəlif vəzifələrdə çalışıb, bır sıra telelayihələrin rəhbəri və aparıcısı kimi fəaliyyət göstərib. 
Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi vəzifəsi isə telejurnalist Əsmər Nəcməddinqızına həvalə olunub. 
O, bu təyinata qədər ATV-nin “Xəbər” proqramının aparıcısı olub.

Vətənim Media Shorts

YouTube-da aç ↗