Qubada ekskavator çaya düşdü, sürücünü su apardı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Quba rayonunun Vəlvələ kəndi ərazisində Vəlvələçay çayında aparılan qazıntı işləri zamanı ekskavatorun aşması nəticəsində 1 nəfər (sürücü) suya düşüb.

Fövqəladə Hallar Nazirliyindən Aktor.Az-a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Axtarış işləri barədə əlavə məlumat veriləcək.​

Vətənim Media Shorts

YouTube-da aç ↗