ABŞ əsgərləri Suriyadan 50 ton qızıl apardı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Amerika ordusu Suriyadan 50 tona yaxın qızıl çıxarıb.

Turkustan.info xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb. Bildirilir ki, amerikalılar bu qızılları təhlükəsizliklərinə təminat verdikləri silahlılardan alıblar.

Agentliyin məlumatına görə, terrorçular son müqavimət qalaları olan Deyr əz-Zorun Baqhuz məntəqəsi yaxınlığında gizlətdikləri 40 tona yaxın qızılı ABŞ hərbçilərinə veriblər.

Bildirilib ki, ABŞ hərbçiləri terrorçulardan aldıqları qızıllardan başqa daha 10 ton ağırlığında xəzinə də aşkarlayıblar. Hərbçilər əldə etdikləri qızılları gecə ikən helikopterlərlə ölkədən çıxarıblar.   /Axar.az/

Vətənim Media Shorts

YouTube-da aç ↗