Ermənistan müxalifəti: “Müharibə olsa, Azərbaycanı çox ölkə dəstəkləyəcək”

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

“Qarabağda müharibə başlasa, Azərbaycanı çox ölkə dəstəkləyəcək”.

Turkustan.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Respublika partiyasının sədr müavini Armen Aşotyan açıqlama verib.

“Minsk qrupunun həmsədrləri, həmçinin, Yohannes Xan və Frederika Moqerinin simasında bütün Avropa Birliyi nümayəndələri Nikol Paşinyanın təşəbbüslərini dəstəkləmirlər. Bu təşəbbüslər arasında Qarabağın danışıqlara qatılması məsələsi də var. Rəsmi bəyanatlarda ilkin şərtin irəli sürülməməsi deyiləndə məhz bu nəzərdə tutulurdu. Ona görə də hərbi əməliyyatlar bərpa olunsa, dünya birliyinin önəmli hissəsinin Azərbaycanı dəstəkləməsi ehtimalı var”-deyəAşotyan deyib.  /Modern.az/

  

Vətənim Media Shorts

YouTube-da aç ↗