Putin Vahid Ələkbərovla görüşdü

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Rusiya prezidenti Vladimir Putin Kremldə “LUKOIL” neft şirkətinin prezidenti Vahid Ələkbərovu qəbul edib.
 
Turkustan.info-nun xarici KİV-ə istinadən məlumatına görə, söhbət zamanı 2018-ci ildə neft-qaz yataqlarının işlənməsinin nəticələrinə toxunulub.
 
V.Ələkbərovun sözlərinə görə, şirkət 2018-ci ili uğurla başa vurub, neft hasilatına qoyulan sərmayə təxminən 500 milyard rubl təşkil edib.
 
“Portfelimiz kifayət qədər genişdir. 32 ölkədə çalışırıq. 2-2,5 min metr dərinlikdə qazma işləri aparırıq, bu dərinlik Qərbi Afrikada, Xəzər dənizinin bəzi yerlərində 600 metrə çatır. Yəni biz mütəxəssislərimizin qazma işləri apardıqları dərinliklərin öhdəsindən gəlirik”, – V.Ələkbərov bildirib.
 
“Layfa”nın məlumatına görə, sahibkar həmçinin bildirib ki, şirkətin bütün müəssisələri modernləşmədən keçib və indi ekoloji cəhətdən ən yüksək sinifli Avro-5 benzini istehsal edirlər.
 
V.Ələkbərov əlavə edib ki, 2019-cu ildə qiymətlərin sabitliyi təmin ediləcək.   /BakuPost/

Vətənim Media Shorts

YouTube-da aç ↗