Vilayət Eyvazov rəisləri işdən çıxardı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Göygöl Rayon Polis Şöbəsində üç nəfər işdən azad edilib.

Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, əməliyyat işləri üzrə rəis müavini, polkovnik-leytenant Cavad Səfərəliyev, cinayət-axtarış bölməsinin rəisi Yasin İsmayılov, Sarısu Polis Bölməsinin rəisi Elşən Quliyev işdən çıxarılıb və sərəncama götürülüb.

Onların yerinə hələlik təyinat yoxdur./oxu.az

Vətənim Media Shorts

YouTube-da aç ↗