Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq.Oxu24.com-un xəbərinə görə, bu, Maliyyə Nazirliyinin 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında əksini tapıb.Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 8 milyard 816 milyon manat olacaq. Bu, 2026-cı illə müqayisədə 98,6 milyon manat, yaxud 1,1 faiz çoxdur.Qeyd edək ki, 2026-cı ildə müdafiə və milli təhlükəsizlik xərcləri 8 milyard 717 milyon 581 min 860 manat olub.
Mənbə: oxu24.com
Əsas mənbə: oxu24.com
